XƏBƏRLƏR / Hərbi

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur

Bunu Baş nazir Fumio Kişida deyib

Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılması ilə bağlı qərar hələ verilməyib.

    Bunu Baş nazir Fumio Kişida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib: “Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”.

    Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan hökumət başçısı qeyd edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.