XƏBƏRLƏR / Hərbi

"Snayper hazırlığı" kursu keçirilib FOTO

Müdafiə Nazirliyi xəbər verir

"Snayper hazırlığı" kursu keçirilib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib. 

    Tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib. 

    Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.