Avropa Ermənistanın silahlanması üçün €10 mln ayırdı
Sırf hərbi xərclərə yönəldilən maliyyə "Avropa Sülh Fondu" adlanan təşkilat vasitəsi ilə verilib
Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar rəsmən təsdiqlənib.
Aİ ilk dəfə olaraq Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro ayıracaq: "Ermənistan Respublikasına dəstək üçün göstərilən yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir".