XƏBƏRLƏR / Hərbi

Almatıda MDB Müdafiə Nazirləri Şurası toplaşıb YENİLƏNİB

Müdafiə nazirləri hərbi əməkdaşlığın inkişafı barədə razılığa gəliblər

Almatıda MDB Müdafiə Nazirləri Şurası toplaşıb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 22:00

    MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının 85-ci iclası oktyabrın 31-də Almatıda keçirilib. İclasda Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan müdafiə nazirliklərinin rəhbərləri, eləcə də Şuranın katibi və Millətlər Birliyinin Baş katibinin Qərargah rəisi iştirak edib. Tərəflər çoxtərəfli hərbi əməkdaşlığın cari məsələlərini və onun daha da genişləndirilməsini, xüsusən də vahid hava hücumundan müdafiə sisteminin inkişafını müzakirə edibər.

    İclasda həmçinin Silahlı Qüvvələrin metroloji təminatı, bədən tərbiyəsi və idman, birgə döyüş təlimi tədbirlərinin təşkili və hərbi əməkdaşlığın planlaşdırılması sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. İclasdan sonra Müdafiə Nazirləri Şurasının əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Millətlər Birliyinin möhkəmləndirilməsinə yönəlmiş qərarları imzalanıb.

    Ermənistan mediası yekun bəyanata istinadən qeyd edib ki, Ermənistan müdafiə naziri Papikyan iclasda iştirak etməyib.

    ***

    13:25

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin müdafiə nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında işgüzar səfərdədir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilıib.

    Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov və digər iştirakçı ölkələrin hərbi rəhbər heyəti 28 Qvardiyaçı Panfilovçu adına parkı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

    Sonra Almatı şəhərində keçirilən iclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub. İclasın sonunda yekun sənədlərin imzalanması mərasimi keçirilib.

    ***

    11:06

    Bu gün Almatıda MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

    Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın hərbi idarələrinin rəhbərləri, eləcə də MDB Müdafiə Nazirləri Şurasının katibi iştirak edəcək.

    Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, iclasın yekununda tərəflər 2026-cı il üçün birgə iş planı və hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə və əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.