XƏBƏRLƏR / Hərbi

Fransanın müdafiə naziri 23 ildə ilk dəfə İsrailə gedir

Bu barədə Sebastian Lekornu məlumat paylaşıb

Fransanın müdafiə naziri 23 ildə ilk dəfə İsrailə gedir
Sebastian Lekornu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fransanın müdafiə naziri 23 ildə ilk dəfə İsrailə səfər edəcək.

    Bu barədə nazir Sebastian Lekornu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

    Lekornu Yaxın Şərqə, o cümlədən İsrailə səfər edəcək və səfər zamanı Qəzza zolağındakı vəziyyəti və digər regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

    O qeyd edib ki, səfər Misirdən başlayacaq. 

    “Bu, Fransanın müdafiə nazirinin adıçəklin ölkəyə 2000-ci ildən bəri ilk səfəri olacaq”, - Fransa nəşrlərindən biri yazıb.