XƏBƏRLƏR / Hərbi

Çağırışçılar hərbi xidmətə yola salınır FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatı

Çağırışçılar hərbi xidmətə yola salınır FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il mayın 20-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən bu gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli struktur bölmələri tərəfindən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Bu barədə SHXÇDX-dən məlumat verilib.

    SHXÇDX tərəfindən Sərəncamın icrasının müvəffəqiyyətlə həyata keçirilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanlar səfərbər edilib. Prioritet olaraq şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin, həmçinin bu sahə üzrə müəyyən edilmiş strateji hədəflərin icrası ilə bağlı Xidmət tərəfindən zəruri tədbirlər görülüb. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində obyektivliyin təmin edilməsi istiqamətində vacib fəaliyyət həyata keçirilib. Beləki, bölgü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqına Əsasnamə”nin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəlinə əsasən çağırışçının antropometrik göstəriciləri (boy, çəki) və hərbi xidmətə yararlılıq kateqoriyası nəzərə alınmaqla aparılıb.

    Qeyd edək ki, iyul ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə iyunun 25-də SHXÇDX tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

    Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması iyulun 30-dək davam edəcək.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!