XƏBƏRLƏR / Hərbi

Ərdoğan Türkiyə Ali Hərbi Şurasını toplayıb

Toplantı Ankaradakı Prezident Kompleksində mətbuata üçün qapalı keçirilir

Ərdoğan Türkiyə Ali Hərbi Şurasını toplayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ankarada Türkiyə Ali Hərbi Şurasının iclası keçirilir. “Anadolu” xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankaradakı Prezident Kompleksində mətbuata qapalı olan toplantı keçirilir.

    İclasda

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz,

    ədliyyə naziri Yılmaz Tunç,

    xarici işlər naziri Hakan Fidan,

    xəzinə və maliyyə naziri Mehmet Şimşək,

    daxili işlər naziri Əli Yerlikaya,

    təhsil naziri Yusuf Tekin,

    milli müdafiə nazirinin səlahiyyətlərini icra edən Yaşar Gülər, 

    Silahlı Qüvvələrin Baş Qərargah rəisi Musa Avsever,

    Hərbi Dəniz Qüvvələri komandanı Ərcüment Tatlıoğlu,

    Hərbi Hava Qüvvələrinin komandanı Atilla Gülan iştirak edir.