XƏBƏRLƏR / Hərbi

Ermənilər Laçınla sərhəddə hərbi istehkamlar tikirlər

Bu Ermənistanın hər vəchlə normallaşma və sülh prosesində maraqlı olmadığını göstərir

Ermənilər Laçınla sərhəddə hərbi istehkamlar tikirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın Sərhəd-Keçid məntəqəsi istiqamətində Ermənistanın mühəndis-istehkam işləri.

    Əraziyə alternativ yollar çəkilib. Tikintinin getdiyi əraziləri peyk vasitəsi ilə müşahidə edərkən, beton tipli sərt istehkamdan ibarət olacaq atəş-müşahidə nöqtələri nəzərə çarpır. 

    Yaşayış məntəqələrimizə onlarla kilometr yaxın olan ərazilərdə bu kimi iri həcmli atəş-müşahidə məntəqələrinin tikilməsi Ermənistanın yenidən normallaşma və sülh prosesində maraqlı olmadığını göstərir.

    Qeyd edək ki, istehkamlar Laçının Zabux kəndi yaxınlığında və strateji Xudafərin-Qubadlı-Laçın yolunun 100-200 metr məsafəsində yerləşir.