Ermənistan hərbçiləri arasında atışma: ölən və yaralanan var
Ermənistan müdafiə nazirliyi bunu görüntünün zəif olması və anlaşılmazlıqla izah edib
Ermənistan Müdafiə Nazirliyi bu gün səhər belə bəyanat yayıb:
"Martın 31-də saat 22:50 radələrində cənub-şərq sərhəd zolağında görüntünün son dərəcə zəif olduğu şəraitdə anlaşılmazlıq səbəbindən Ermənistan silahlı qüvvələrinin hərbçiləri arasında atışma olub.
Hadisədən sonra Ermənistan Silahlı Qüvvələrinin çağırışçı hərbçisi Hraçya Saruxanyanın meyiti ölümcül güllə yarası ilə aşkar edilib.
Daha bir əsgər yaralanıb. Yaralı əsgərin həyatı üçün təhlükə yoxdur. Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır."
Bəyanatda ermənilər, həmişə olduğu kimi, öz qeyri peşəkarlığını ört basdır etmək üçün "paralel olaraq Azərbaycan tərəfdən də atəş açılıb" cümləsini əlavə ediblər.