XƏBƏRLƏR / Hərbi

“HÜRKUŞ-II” təyyarələri Türkiyə HHQ-ə təhvil verilib

Bu barədə Türkiyə mediası məlumat yayıb

“HÜRKUŞ-II” təyyarələri Türkiyə HHQ-ə təhvil verilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilib.

    “HÜRKUŞ-II” Türkiyə Silahlı Qüvvələrində istifadə olunacaq ilk yerli istehsal olan pilotlu təyyarədir.

    Təhvil mərasimi TUSAŞ-ın Ankaradakı müəssisələrində baş tutub.

    Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Departamenti bildirib ki, TUSAŞ ilə razılaşdırılmış layihə çərçivəsində ümumilikdə 55 ədəd “HÜRKUŞ-II” təyyarəsi istehsal olunacaq.

    Bu il Türkiyə Hərbi Hava Qüvvələrinə əlavə on təyyarə təhvil veriləcək, qalan 43 təyyarənin isə 2028-ci ilin sonuna qədər tədarük olunması planlaşdırılır.