XƏBƏRLƏR / Hərbi

Çin lideri ordunu döyüş hazırlığını artırmağa çağırdı

Bu barədə CGTN kanalı məlumat yayıb

Çin lideri ordunu döyüş hazırlığını artırmağa çağırdı
Si Cinpin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin Sədri Si Cinpin ordunu hərtərəfli döyüş hazırlığını artırmağa çağırıb.

    Bu barədə CGTN kanalı məlumat yayıb.

    Ölkənin şimal-şərqindəki 78-ci Ordu Qrupunun qərargahına baxış zamanı Çin Sədri döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və yeni döyüş imkanları yaradılmasına çağırış edib.

    Si Cinpin həmçinin partiya quruculuğunun gücləndirilməsinin və Silahlı Qüvvələrin bütövlüyünün və birliyinin yüksək səviyyədə saxlanmasının vacibliyini vurğulayıb.

    O, həmçinin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfələrə görə hərbçilərə təşəkkür edib.