XƏBƏRLƏR / Hərbi

Heidi Kühn: Biz minalanmış əraziləri bağlara çevirməliyik

Bunu “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Bakıda deyib

Heidi Kühn: Biz minalanmış əraziləri bağlara çevirməliyik
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb.

    Bunu “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn bu gün Bakıda keçirilən “Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol” mövzusunda beynəlxalq konfrans iştirakçılarına onlayn müraciətində deyib.

    Azərbaycana səfəri çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşitdiyini, onları dinlədiyini deyən Heidi Kühn vurğulayıb: “Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış sursat basdırılıb. Biz minaları təmizlənmək və yenilərinin basdırılmasının qarşısını almaq üçün birgə işləməliyik. Biz insanlıq üçün birləşməliyik".