XƏBƏRLƏR / Hərbi

Türkiyədə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb

Türkiyədə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Ankara şəhərində 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.
    Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyəti Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyularaq hörmət və ehtiram nümayiş etdirilib.
    Sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
    Nümayəndə heyətinin rəhbəri Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev "Xatirə kitabı"na ürək sözlərini yazıb.