Rusiyada Xəzəryanı dövlətlərin HDQ komandanları görüşür
Bu barədə ISNA məlumat yayıb

İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani Rusiyaya səfər edib.
Bu barədə ISNA məlumat yayıb.
Qeyd edilib ki, o, Xəzər Dənizi Hövzəsi Hərbi Dəniz Qüvvələri komandanlarının Sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.
Bildirilib ki, səfər çərçivəsində Şəhram İrani Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri komandanları ilə ikitərəfli görüşlər keçirəcək.