Fransa Ermənistana 274,5 mln avro dəyərində silah verəcək
Bu barədə Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir
2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274,5 milyon avro dəyərində silah təchizatı müqavilələri imzalayıb.
Bu barədə Fransa Müdafiə Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir. Sənəddə deyilir ki, "yeni avadanlıqların ixracı, hərbi təlimlərin keçirilməsi və birgə əməliyyatlar sırf müdafiə xarakteri daşıyır".
Qeyd olunur ki, 2022-ci ilə qədər Fransa Ermənistana "demək olar ki, heç vaxt silah verməyib", lakin 2023-2024-cü illərdə quru qoşunlarının təchizatı üçün çoxsaylı müqavilələr imzalanıb. Ermənistanın müdafiə sənayesində bir neçə birgə layihə də müzakirə olunur.
Fransa-Ermənistan hərbi tərəfdaşlığına, xüsusən də dağ döyüş bacarıqlarının inkişaf etdirilməsi proqramı daxildir. Hesabatda həmçinin Fransanın Ermənistana "Caesar" özüyeriyən haubitsaları, eləcə 15 tank əleyhinə raket və buraxılış qurğusu tədarük etdiyi də qeyd olunur.
1 dəqiqədən az