XƏBƏRLƏR / Hərbi

"İran Azərbaycanla sərhədə qoşun toplayır" xəbəri əsassızdır

Bunu Bakıda səfərdə olanİran Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi Məhəmməd Əhədi deyib

"İran Azərbaycanla sərhədə qoşun toplayır" xəbəri əsassızdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır.

    Bunu APA-ya açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.

    Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: "Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib”.