Hərbçimiz minaya düşərək həlak olub
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
O, Qəbələdə dəfn olunub. Dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra 19 yaşlı Novruz Niftaliyev Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.