Azərbaycan hərbçiləri Pakistana yola düşüb
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusununun bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.