XƏBƏRLƏR / Hərbi

Türkiyənin müdafiə sənayesi Ordumuzun imkanlarını artıracaq

Bu barədə "Anadolu" agentliyi məlumat dərc edib

Türkiyənin müdafiə sənayesi Ordumuzun imkanlarını artıracaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin müdafiə sənayesi Azərbaycan ordusunun imkanlarını artıracaq.

    Türkiyə müdafiə sənayesi Azərbaycan Ordusuna xarici mənbələrdən asılı olmadan yerüstü texnikanın texniki xidməti, təmiri, yenilənməsi və modernləşdirilməsi ehtiyaclarını ödəmək imkanı verəcək. İki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının daha bir nümunəsi bazar ertəsi, sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı edilən modernləşdirilmiş Naxçıvan hərbi kompleksidir.

    "Anadolu" agentliyinin məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi ilə Hərbi Zavodların və Gəmiqayırma Zavodlarının İdarə Edilməsi Səhmdar Cəmiyyəti (ASFAT) arasında imzalanmış müqavilə əsasında başlayan Naxçıvan Hərbi Kompleksi layihəsi yeddi ay ərzində uğurla başa çatıb. ASFAT-ın dost və qardaş ölkələrlə əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan layihə sayəsində Naxçıvan Hərbi Kompleksi Türkiyənin bu istiqamətdə 50 illik təcrübəsini mənimsəmək imkanı əldə edib.