XƏBƏRLƏR / Hərbi

Erməni hərbçiləri ABŞ-ın hərbi təhsil müəssisələrində FOTO

44 günlük müharibədə yalan və uydurmaları ilə yadda qalan Müdafiə Nazirliyinin sözçüsü Arsrun da oradadır

Erməni hərbçiləri ABŞ-ın hərbi təhsil müəssisələrində FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avqustun 3-dən 14-dək Ermənistan Respublikası Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasının akademiyanın rəisi, polkovnik Arsen Manqasaryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın hərbi təhsil müəssisələrinə tanışlıq səfərləri edib.

    Səfər çərçivəsində nümayəndə heyəti Ermənistanda Müdafiə Təhsilinin İnkişafı Proqramının akademik direktoru Dr.Sten Antonla birlikdə Fort Murda ABŞ Ordusunun Döyüş Təlim və Təkmilləşdirmə Mərkəzinə və Fort Leavenvortdakı ABŞ Ordu Komandanlığı Qərargah Kollecinə baş çəkib.

    Səfərlər zamanı nümayəndə heyətinin üzvləri ABŞ-ın hərbi təhsil müəssisələrinin proqramları, tədris prosesinin təşkilinin xüsusiyyətləri ilə tanış olub, səhra təlimlərinin gedişinə nəzarət ediblər.

    Amerikalı tərəfdaşlarla danışıqlar zamanı gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, Vazgen Sarkisyan adına Hərbi Akademiyasının tədris prosesinin daha da təkmilləşdirilməsi prosesi müzakirə edilib.

    Nümayəndə heyyətinin tərkibinə köhnə tanışımız - 44 günlük müharibədə yalan və uydurmaları ilə yadda qalan Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Hovanesyan da var.