XƏBƏRLƏR / Hərbi

Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib

Bu barədə "Sinxua" agentliyi xəbər verib

Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.

    "Sinxua" agentliyi xəbər verir ki, triadaya “JingLei-1” hava əsaslı uzaqmənzilli raket, “JuLang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “DongFeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “DongFeng-31” quruda yerləşən qitələrarası raket daxildir.

    Qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün Çinin strateji prioritet daşıyan gücüdür.