XƏBƏRLƏR / Hərbi

Ermənistan ehtiyatda olan hərbçiləri toplanışa çağırır

Bu barədə Ermənistan KİV-i xəbər verib

Ermənistan ehtiyatda olan hərbçiləri toplanışa çağırır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Müdafiə Nazirliyi 2023-cü ilin mart-may aylarında ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirəcək. Ermənistan KİV-i xəbər verir ki, toplanışa 3200-dən çox vətəndaş cəlb olunacaq. Qərar yüksək ixtisaslı ehtiyatda olan hərbçilərdən ibarət döyüşə hazır bölmələrin olması zərurəti ilə izah olunur. Layihə müəllifləri ehtiyatda olan hərbçiləri də ön sıralarda döyüş növbətçiliyinə cəlb etmək niyyətindədirlər. Qərar layihəsində deyilir ki, təlim-məşq toplanışının təşkili üçün hərbi-nəqliyyat öhdəliyi olan strukturlardan nəqliyyat vasitələrinin götürülməsi də nəzərdə tutulub.

    Hərbi təlimdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrində hazırlıq, təlim işləri aparılacaq.