Paşinyan Putinə də şıkayət edib YENİLƏNIB
Laçın dəhlizi və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub
Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə baş nazirin rəsmi saytı məlumat verib.
Laçın dəhlizi və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Putinin mətbuat xidməti isə telefon söhbəti haqda bələ məlumat yayıb: Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilərək regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün praktiki problemlərin həllinə diqqət yetirilib. Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiq edilib.