Paşinyan KTMT missiyası haqda yenə fikrini dəyişdi
İndiyədək o, KTMT missiyasını öz ərazisində yerləşdirməsi üçün bir sıra şərtlər irəli sürürdü
"Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, bunun effektiv olması lazımdır". Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Təkcə Rusiya hazır deyil (KTMT missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə - ANS Press), Ermənistan da hazırdır. Bizim arzu və istəyimiz mümkün missiyanın effektiv olmasıdır", deyə Paşinyan cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir.
"Biz bu istiqamətdə işimizi davam etdiririk", - Paşinyan bildirib.