Paşinyan yenə sülhdən danışır
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünün tanınnmasına eyham vurur
Ermənistann baş naziri Nikol Paşinyan: "29 min 800 kvadrat kilometr ərazidə Ermənistan Respublikasını tanıdığımızı və bizim heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur və olmayacağını açıq şəkildə bildirsək, sülh mümkündür. Əks halda bizə heç kim kömək etməyəcək."
Ermənistan hökumətinin başçısı parlamentin iclasında çıxış edərək, onu da bildirib ki, sülh Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi deməkdir.
Lakin Paşinyanın ardıcıl olmayan bəyanatlarına adət edən müşahidəçilər, baş nazirin dediklərini ciddiyə almır. Onlar bunu xarici güvvələrin (son vaxtlar daha çox ABŞ-ın) Azərbaycanla sülh sazişi bağlamaqla bağlı təzyiqi ilə əlaqələndirirlər. Ona görə də Ermənistan rəhbərindən ardıcıl siyəsət gözləmirlər.