XƏBƏRLƏR / Qonşular

İrəvanda erməni faşistlərinə daha bir heykəl açıldı

Daşnakların türk və Azərbaycan xadimlərinə qarşı təşkil etdiyi "Nemezis" terror əməliyyatına heykəl qoyulub

İrəvanda erməni faşistlərinə daha bir heykəl açıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın nasist hakimiyyəti bu gün daha bir səhvə yol verdi ki, bu da bu gülünc qurumun dövlətçiliyinin dağılmasına gətirib çıxaracaq. İrəvanda azərbaycanlı və türk siyasətçilərini qorxaqcasına arxadan qətlə yetirən "Nemezis" terrorçuların xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    "Nemezis" terror əməliyyatı nəticəsində 1920-22-ci illərdə ermənilər Tiflisdə, Berlində, İstanbulda çox sayda türk və azərbaycan xadımlərini namərdcəsinə arxadan qətlə yetiriblər.

    Onların günahsız qurbanları arasında Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Behbud xan Cavanşir, Nəsib bəy Yusifbəyli kimi Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli xadimləri olub.

    Ermənilər həmçinin Osmanlı imperiyasının Tələət paşa, Səid Həlim paşa, Cəmal Əzmi, Bəhayəddin Şakir, Cəmal paşa kimi görkəmli xadimlərini vəhşıcəsinə öldürüblər.