XƏBƏRLƏR / Qonşular

Ermənistan İstintaq Komitəsindən 590 min dollar oğurlanıb

Bu barədə yerli "Pastİnfo" nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir

Ermənistan İstintaq Komitəsindən 590 min dollar oğurlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ötən gecə İstintaq Komitəsində görünməmiş oğurluq hadisəsi qeydə alınıb.

    İqtisadi Cinayətlərə Qarşı İstintaq və Qaçaqmalçılıq Baş İdarəsinin binasından maddi sübut kimi saxlanılan 590 min ABŞ dolları oğurlanıb.

    Pulun yerləşdiyi odadavamlı seyf altıncı mərtəbədə olub. Daxil olan məlumata görə, cinayətkar saxta müstəntiq vəsiqəsi ilə binaya daxil olub. "PastInfo" xəbər verir ki, əməliyyat qurumları səylərini oğurlanmış əşyanın mümkün qədər tez tapmasına yönəldib. Baş Prokurorluq cinayət işi açıb.

    “Pastİnfo” rəsmi şərh almaq və məlumatı yoxlamaq üçün İstintaq Komitəsinə və Prokurorluğa sorğu göndərsə də, hələlik cavab almayıb.