Rəisi sabah Ankaraya səfər etməyə yenə cəhd edəcək
Keçən dəfə İran Prezidentinin Türkiyəyə səfəri Kirman vilayətindəki partlayışlarla əlaqədar təxirə salınıb
İran Prezidenti İbrahim Rəisi sabah Ankaraya səfər edəcək.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi, eləcə də, bölgəyə humanitar yardımın çatdırılması üzrə səyləri müzakirə edəcəklər.
Qeyd edək ki, İran Prezidentinin Türkiyəyə səfəri Kirman vilayətindəki partlayışlarla əlaqədar təxirə salınıb.
Xatırladaq ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.
Məlumat üçün qeyd edək ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.