Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən vətəndaşlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.
Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Hökumət binasının yerləşdiyi meydana 1 mindən çox insan toplaşıb. Vətəndaşlar ərazini doldurmağa davam edir. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır.
Hökumət binasının girişi bir neçə cərgə polis tərəfindən qorunur, lakin etirazçılar onun qarşısına deyil, meydanın mərkəzi hissəsində, müvəqqəti səhnənin qarşısında toplaşırlar.