"Moskva ümid edir ki, Əliyev-Ərdoğan görüşü Qarabağda təhlükəsizliyin təmin edilməsinə və həyatın normallaşmasına kömək edəcək".
TASS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Qarabağdakı rus sülhməramlıları əsl qəhrəmanlıq göstərirlər, heç kim onları öz vəzifələrini yerinə yetirməməkdə qınaya bilməz. Hələlik Rusiya sülhməramlılarının Qarabağda qalma müddətindən danışmaq mümkün deyil. Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünün təşkili ilə bağlı hələlik konkret planlar yoxdur. Rusiya Federasiyası Qarabağ ətrafındakı vəziyyətə görə məsuliyyəti Moskva və Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmır. Rusiya Federasiyası Paşinyanla təmaslarını və Qarabağ ermənilərinin bütün hüquqlarına hörmətlə yanaşmasını davam etdirəcək. Rusiya Federasiyası Qarabağ üzrə vasitəçilik potensialına malik olmayan ölkələrin regionda öz mövcudluğunu yaratmaq cəhdlərinin əleyhinədir", - o qeyd edib.