XƏBƏRLƏR / Qonşular

Tehran yaxınlığında güclü partlayış baş verib

Bu ərazidə Xomeyni Kosmik Tədqiqatlar Mərkəzi yerləşir

Tehran yaxınlığında güclü partlayış baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehranın cənub-şərqindəki sənaye zonasında güclü partlayış baş verib - İRNA

    Agentliyin məlumatına görə, ölkə paytaxtından 100 km cənub-şərqdə yerləşən Gərmsardakı sənaye kompleksində güclü partlayış səsi eşidilib.

    Məlumata görə, Gərmsarın sənaye, mədən və ticarət idarəsinin rəhbəri Bəhnam Bəxtiyari hadisənin baş verdiyini təsdiqləyib. 

    Bu ərazi yaxınlığında Xomeyni Kosmik Tədqiqatlar Mərkəzi yerləşir.

    Partlayışın səbəbi hələlik məlum deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə göndərilib.