İranda son iğtişaşlar zamanı hüquq-mühafizə orqanının əməkdaşını öldürməkdə təqsirləndirilən iki nəfər edam edilib. Yarımhərbi “Bəsic” təşkilatının əməkdaşı Seyid Ruhullah Əcəmianın ölümünə səbəb olan etiraz aksiyasının iki iştirakçısı bu gün səhər saatlarında asılıb. Bunlar Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni adlı şəxslərdi.
Dekabrın əvvəlində bildirilmişdi ki, İran məhkəməsi “Bəsic” (İslam İnqilabı Keşikçiləri Korpusunun yarımhərbi qolu) əməkdaşının qətli işi üzrə 16 müttəhimə hökm çıxarıb, onlardan beşinə ölüm çəcası kəsilib.
Sentyabrın ortalarından etibarən İranda hicabın səhv taxılmasına görə polis tərəfindən saxlanılan gənc qadın Məhsa Əmininin ölümü ilə bağlı kütləvi iğtişaşlar başlayıb.