XƏBƏRLƏR / Qonşular

“Kor” Levon mövqeyini bildirməkdən çəkinib

Ermənistanın birinci prezidenti Ermənistan-Azərbaycan bəyannaməsi haqda susub

“Kor” Levon mövqeyini bildirməkdən çəkinib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ABŞ-ın vasitəçiliyi ilə Meğri ilə bağlı Ermənistan-Azərbaycan bəyannaməsini hələlik qiymətləndirməkdən çəkindiyini bildirib. 

    O, İranın ziddiyyətli bəyanatlarından və Rusiyanın susqunluğundan çaşqınlıq ifadə edərək, sənədin yalnız icrasından sonra qiymətləndirilə biləcəyini qeyd edib. Ter-Petrosyan xatırladıb ki, 30 ildən artıq müstəqillik dövründə İran heç vaxt Ermənistandan narazılığını bildirməyib və onun ehtiyaclarına həmişə müsbət cavab verib.