Türkiyədə Prezident seçkiləri mayda keçiriləcək
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
Türkiyədə növbəti prezident seçkiləri bu ilin iyun ayında deyil, mayda keçirilə bilər. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qardaş ölkə lideri seçkilərin 5 ay sonra keçiriləcəyini anons edib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan çıxışında deyib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin vaxtının irəli çəkilməsi bir müddətdir müzakirə mövzusudur. Bildirilir ki, vətəndaşlar yay aylarında məzuniyyətdə olduğundan seçkinin iyunda keçirilməsi məqsədəuyğun deyil.
Bundan əvvəl prezident seçkilərinin 2023-cü il iyunun 18-də keçiriləcəyi açıqlamışdı.