Ermənistan parlamenti sədrinin qardaşı arvadı saxlanıldı
Bu barədə erməni KİV-ləri məlumat yayıb
Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan saxlanılıb və o, İstintaq Komitəsindədir.
Ermənistan KİV-ləri xəbər verir ki, yerli jurnalistlər qadının vəkili Muşeq Aleksanyandan Alen Simonyanın qardaşının həyat yoldaşının işinin hazırda necə getdiyini öyrənməyə çalışıblar: "Hazırda heç nə deyə bilmərəm", - vəkil deyib.
Aleksanyan təsdiqləyib ki, o, Simonyanın həyat yoldaşının maraqlarını təmsil edir. Baş verənlərin asfalt çəkilişi ilə bağlı tenderlə bağlı olub-olmadığını soruşduqda vəkil əmin edib ki, onun bununla heç bir əlaqəsi yoxdur, amma keçmiş iş yeri, proqramlaşdırma şirkəti ilə əlaqəsi var.
Ani Gevorkyan uzun illər məşhur təşkilatlarından birində - "Synergy"də işləyib - proqram meneceri olub. Təxminən il yarım əvvəl “Synergy” Ermənistan İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. İbtidai istintaq orqanının Ani Gevorqyana qarşı ittihamının əsasını məhz bu tenderlər təşkil edir.