XƏBƏRLƏR / Qonşular

Tehranda yağış yağması üçün kollektiv dua edildi

Bu barədə İran mətbuatı məlumat yayıb

Tehranda yağış yağması üçün kollektiv dua edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quraqlıq dövründə Tehranda yağış üçün kollektiv dua edilib

    İmam Xomeyninin tələbəsi Ayətullah Cəmaləddin Dinpərvər İmamzadə Saleh ziyarətgah kompleksində dualara rəhbərlik edib

    Xatırladaq ki, bir neçə gün əvvəl İran Prezidenti Pezeşkian bu il İranda yağıntının əvvəlki illərin yalnız 3%-ni təşkil etdiyini bildirmişdi. O, noyabr ayının üçüncü ongünlüyünə qədər yağış yağmasa, Tehranın təxliyə edilməli olacağını əlavə etdi. Fars Xəbər Agentliyinin hesablamalarına görə, İranda 19 su anbarı tamamilə qurumaq üzrədir.