Pezeşkian SEPAH-a cavab verdi: “Azərbaycan bizə doğmadır!”
Bu bəyanatı İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı verib VİDEO

Bu gün İran Prezidenti Məsud Pezeşkian Cənubi Azərbaycanın ən böyük mahallarından biri olan Xəmsə mahalıın mərkəzi şəhəri Zəncana səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib. O, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.
“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır?”, - deyə, Pezeşkian bildirib.
Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”.
Xatırladaq ki, SEPAH və mühafizəkarlarla bağlı olan “İslam Respublikası” qəzeti Prezident Pezeşkianı Azərbaycan Respublikasına "həddindən artıq xoşniyyətli münasibət"ə görə kəskin tənqid etmişdi.