XƏBƏRLƏR / Qonşular

Rusiya mediasından Azərbaycana qarşı təxribat

Xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb

Rusiya mediasından Azərbaycana qarşı təxribat
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsi sökülüb. Bu barədə ilk olaraq erməni mediası məlumat yayıb. 

    Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə yerləşdirilmişdi. Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin mandatına zidd olan bu qanunsuz abidənin sökülməsi heç kimə təəccüblü gəlməməlidir.

    Abidənin sökülməsi ilə bağlı xəbər təkcə erməni mənbələrində deyil, həm də Rusiyanın aparıcı media qurumlarında yayılıb. Lakin diqqətçəkən məqam odur ki, TASS, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” kimi nüfuzlu Rusiya KİV-ləri bu hadisə barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini açıq şəkildə pozan ifadələrdən istifadə ediblər.

    Belə ki, xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir.