Mirzoyan mina xəritələrinin dürüst olmadığını etiraf etdi
Ermənistan XİN rəhbəri Azərbaycana verilən mina xəritələrinin qeyri-dəqiq olduğunu istisna etmədi
Ermənistan XİN-nin rəhbəri Ararat Mirzoyan İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycana verilmiş qeyri-dəqiq olan mina xəritələri probleminə toxunub.
Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana iki dəfə mina sahələrinin xəritələrini təqdim edib. "Biz Azərbaycan tərəfdən minaların yerini dəqiq əks etdirmədiyinə dair şikayətləri eşitmişik."
O əlavə edib ki, "İndi Ermənistanın müvafiq orqanları sorğular vasitəsilə mümkün yeni minalarla bağlı məlumatların bərpası üzərində işləyirlər. İstisna etmirəm ki, hər iki tərəfin konstruktiv yanaşması, etimadın yaradılması istiqamətində addımların atılması halında biz etibarlı məlumatları bərpa edib, yenidən Azərbaycan tərəfinə verəcəyik. Bu dəfə biz bu aksiyanı beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirməli olacağıq".
Mirzoyan həm də Bakı və İrəvan arasında birbaşa əlaqənin olduğunu deyib.
Birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur.
Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur.
Nazir 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib.