Azərbaycan-Ermənistan açıq yolları region üçün faydalıdır
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib
Son vaxtlar Azərbaycanla Ermənistan arasında yeni yolların açılması perspektivi Gürcüstanda və qonşu ölkələrdə birmənalı qarşılanmayıb.
Bununla bağlı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili şərh verib:
"Bəzi siyasətçilər Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən sui-istifadə etməyə və Gürcüstanın strateji rolunu kiçiltməyə çalışırlar.
Azərbaycanla Ermənistan arasında yeni yolların çəkilməsi fəal şəkildə müzakirə olunur və əminliklə deyə bilərik ki, bu, xüsusilə nəqliyyat əlaqəsi baxımından region üçün faydalıdır. Biz bu yolu Gürcüstan üçün rəqabətli marşrut kimi görmürük."
1 dəqiqədən az