Aİ-nin Ermənistandakı missiyası kəşfiyyatla məşğuldur
Bunu erməni hərbi-siyasi analitik Hayk Naqapetyan bəyan edib
“Aİ-nin Ermənistandakı missiyasının məqsədi bizim təhlükəsizliyimiz deyil, kəşfiyyat məlumatlarının toplanmasıdır”. Bunu erməni hərbi-siyasi analitik Hayk Naqapetyan Ermənistan KİV-nə müsahibəsində Aİ-nin Ermənistandakı müşahidə missiyasının sayının artırılmasını şərh edərkən bildirib.
“Aİ müşahidəçilərinin burada nə işi var? Onlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edir və nəticələri bir neçə ünvana bildirirlər.
Eyni zamanda, Ermənistandakı NATO ölkələrinin, xüsusən də Almaniya və Fransanın (missiyanın rəhbəri Almaniyadan, müavini Fransadandır) təmsil olunan bu müşahidəçilər kəşfiyyatçıdırlar.
Onların əsas missiyası Rusiyanın buradakı hərbi mövcudluğu haqqında məlumat toplamaqdır. Ermənistan-İran sərhədində kəşfiyyat fəaliyyəti də onlar üçün vacibdir, çünki İran kollektiv Qərb üçün əsas hədəflərdən biridir”, - deyə Nahapetyan bildirib.