Kirantsa aparan körpü Azərbaycan tərəfinə keçib
Nikol Paşinyan Azərbaycanla sərhəddə olub
İyulun 6-da Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin Kirants hissəsinə baş çəkib və yeni yolun tikintisi ilə tanış olub.
Bu barədə "Hraparak" yazır.
Qəzet xatıladır ki, Tavuş və Qazax kəndləri Azərbaycanın tələbi ilə geri verildikdən sonra dövlətlərarası yolun bir hissəsi olan Kirantsa aparan körpü Azərbaycan tərəfinə keçib. Mayın 20-də qonşu Açarkut qəsəbəsindən keçən yolun tikinti işlərinə başlanılıb.