Dünyadan xəbəri olmayan İran nazirinin axmaq təklifi
Molla rejimi bulanlıq suda balıq tutmaq cəhdlərindən əl çəkmir
İranın elm naziri Hüseyn Simai-Sərraf ölkə universitetlərinin "təhsil naminə hicabdan imtina etməyə məcbur olanları" qəbul etməyə hazır olduğunu bildirib. Güya azərbaycanlı gənclərə müraciət edən nazir nəyə görəsə çıxışını fars və rus subtitrləri ilə dərc edib.
Bu necə "elm naziri"dir ki, orta məktəblə ali məktəbin fərqini bilmir? Azərbaycanın ali məktəblərində heç bir ümumi geyim forması nəzərdə tutulmayıb və belə bir problem yoxdur. Bu mollabaş "elm naziri" ya vəzifəsinə əqli cəhətdən uyğun deyil, ya da bilərəkdən təxribatla məşğul olur.
Qonşu ölkədən gəncləri "dəvət edən" nazir öz ölkəsindəki 40 milyonluq azərbaycanlını ana dilində təhsil almağa dəvət etsəydi, daha yaxşı olardı. Bu onun "elm naziri" kimi birbaşa peşə borcudur.
1 dəqiqədən az