Qarabağda ölən sülhməramlıların ailələrinə 1 mln veriləcək
Bu barədə Rusiya Sülh Fondundan bildirilib
Qarabağda ölən rus sülhməramlılarının ailələrinə 1 milyon rubl (18 272 manat) veriləcək.
Bu barədə Rusiya Sülh Fondundan bildirilib.
Məlumata görə, idarə heyətinin sədri Leonid Slutski sülhməramlıların həlak olması xəbəri gələn gün vəsaitin ayrılması barədə göstəriş verib.
“İndi bütün rəsmiləşdirmələr başa çatıb və artıq pul qurbanların yaxınlarına gəlməyə başlayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin 5 hərbi qulluqçusu həlak olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli antiterror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub.