XƏBƏRLƏR / Qonşular

Paşinyan özünü təkzib etdi və erkən seçkini istisna etmədi

Ermənistnın Baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilə, hətta 2029-cu ilə qədər təxirə salmaq planının olmadığını deyib

Paşinyan özünü təkzib etdi və erkən seçkini istisna etmədi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə bundan əvvəl verdiyi bəyanatı təkzib edib.

    Paşinyan hökümətin bu günkü iclasında Azərbaycanla sülh müqaviləsinin imzalanması haqda danışıb:

    “Mən demişdim ki, Azərbaycanla sülh müqaviləsi 2031-ci ildən əvvəl imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, müqaviləni 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - deyə Paşinyan cümə axşamı jurnalistlərə bildirib.

    Paşinyan növbədənkənar parlament seçkisini istisna etmir

    Paşinyan brifinqdə bəyan edib ki, "Tezliklə Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirəyə başlayacaq və parlamentə təqdim edəcəyik. Müxalifətdəki həmkarlarımızı bunun vacib və fundamental bir məsələ olduğuna, Ermənistan dövlətinin yaşamının müəyyən edilməsi və həlli məsələsinə inandırmağa çalışacağıq.

    Onları inandırmağa çalışacağıq və bu işə yaramazsa, erkən seçkilərin mümkünlüyü də daxil olmaqla, digər ssenariləri də nəzərdən keçirəcəyik".