Ərdoğan Pezeşkianla Çində görüşüb
Türkiyə və İran prezidentlərinin başçılıq etdiyi nümayəndə heyətləri ŞƏT çərçivəsində bir araya gəliblər

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.