İrəvanda küçədə avtomobil partlayıb, yaralananlar var VİDEO
Bu barədə "Sputnik Armenia" xəbər yayıb

İrəvanda Maştots-Amiryan yolayrıcında “Toyota” markalı avtomobil partlayıb. VİDEO
"Sputnik Armenia" xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar olub.
Səhiyyə Nazirliyi avtomobilin partlaması nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti barədə məlumat yayıb. Onlardan birinin vəziyyəti ağırdır və o, reanimasiyadadır. İkinci qurban isə orta ağırdır. Üçüncüsü müayinədən keçirilir, vəziyyəti qənaətbəxşdir.
Yaxınlıqdakı avtobusa da zərər dəyib.
İlkin ehtimala görə, hadisə avtomobildəki qaz balonunun partlaması əticəsində baş verib.