Azərbaycana ərazi verildiyini deyən gürcü jurnalist tutulub
Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb
Gürcüstanda “Asaval-Dasavali” qəzetinin jurnalisti Domenti (Dito) Çubinidze dövlətə xəyanət ittihamı ilə saxlanılıb.
Bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Qurumun açıqlamasına görə, Çubinidze 2026-cı ilin fevralından media və sosial platformalarda Gürcüstanın Baş nazirinin gizli müqavilə əsasında David Qareci monastır kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.
Prokurorluq həmin iddiaların uydurma olduğunu və hüquqi əsasa söykənmədiyini bildirib.
İttiham tərəfinin mövqeyinə əsasən, jurnalistin fəaliyyəti dövlət qurumunun və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyasının normal işinə mane olub.
Çubinidzenin məhkəmə qərarı əsasında saxlanıldığı qeyd edilib.
1 dəqiqədən az