Pezeşkian Amerika xalqına müraciət edib
Bu barədə İran prezidentinin Kommunikasiya və İnformasiya şöbəsi yazıb
İran prezidenti Məsud Pezeşkian ABŞ ictimaiyyətinə məktub ünvanlayıb.
Pezeşkian məktubunda onları siyasi ritorikadan kənara baxmağa və ölkəsinə qarşı görüşlərini yenidən nəzərdən keçirməyə çağırıb.
O, məktubda İran və ABŞ arasındakı münasibətlərin səhv başa düşüldüyünü vurğulayaraq İranın müasir tarixində heç vaxt təcavüz, genişlənmə, müstəmləkəçilik və ya dominantlıq yolunu seçmədiyini və heç vaxt müharibə başlatmadığını bildirib.
İran xalqının Amerika, Avropa və ya qonşu dövlətlər də daxil olmaqla, digər millətlərə qarşı heç bir düşmənçiliyi yoxdur. Pezeşkyan bildirib ki, ABŞ-ın İran infrastrukturuna hücumları İran xalqına qarşı yönəlib və müharibə cinayəti təşkil edir.
İranın hərəkətləri müharibənin və ya təcavüzün başlanğıcı deyil, qanuni özünümüdafiəyə əsaslanan ölçülü cavabdır.
Pezeşkyan bildirib ki, ABŞ İrana qarşı müharibəyə dünyanın diqqətini fələstinlilərə qarşı cinayətlərindən yayındırmağa çalışan İsrailin nümayəndəsi kimi daxil olub.
İran və ABŞ arasında qarşıdurmanı davam etdirmək faydasızdır; qarşıdurma ilə qarşılıqlı əlaqə arasında seçim realdır və nəsillərin gələcəyini müəyyən edəcək.
***
İran Prezident Administrasiyasının Kommunikasiya və İnformasiya üzrə direktor müavini Seyid Mehdi Təbatəbai özünün "X"hesabında prezident Pezeşkianın yaxın vaxtda Amerika xalqına məktub dərc edəcəyi haqda anons verib.
Paylaşımda deyilir:
"İran Prezidenti Pezeşkyanın Amerika xalqına ünvanladığı "vacib" məktub tezliklə dərc olunacaq."
1 dəqiqə