Daşnaklar Bakı ilə ikitərəfli formatın qəti əleyhinədir
Terrorçu qurumun cavabını Ermənistanın hakim partiyasnın nümayəndəsi verib
“Təəccüblü deyil ki, Daşnaksütyun partiyası Azərbaycanla münasibətlərin tənzimlənməsinin ikitərəfli formatında təhlükə görür”, - Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan "Facebook"da yazıb.
Daha sonra Çaxoyan yazır: “Daşnakların fikrincə, Ermənistan Azərbaycan və Türkiyə ilə dolayı dialoq aparmalıdır ki, vasitəçi ilk növbədə öz maraqlarını irəli sürsün, Ermənistanı isə dalana dirəsin".
"Xarici maraqlara xidmət edən bu qrupdan fərqli nə isə gözləmək ən azı sadəlövhlük olardı. Eyni məntiqlə onlar Azərbaycanla 30 il danışıqlar aparıblar və Serj Sarkisyan qürurla bəyan edirdi ki, Qarabağ məsələsində Azərbaycanla deyil, beynəlxalq ictimaiyyətlə danışıqlar aparırlar ki, bu da 2018-ci ildə danışıqlar prosesində durğunluğa səbəb olub və sonrakı münaqişəyə gətirib çıxardı. Təsəvvür edin ki, siz daşınmaz əmlak və ya digər əmlak almaq üçün əməliyyat etmək istəyirsiniz. Sahiblə birbaşa danışacaqsız, yoxsa öz maraqlarını güdən vasitəçi ilə? Onu da nəzərə almaq lazımdır ki, daşnakların təklif etdiyi vasitəçi (Rusiya nəzərdə tutulur - ANSPress) Ermənistanın dövlətçiliyini pozmağa meyllidir”, – Çaxoyan yazır.